Yeni baş məşqçi özünə köməkçi tapa bilmir - FOTOLAR

11 Oktyabr 2019 10:52 Zirə 753
Yeni baş məşqçi özünə köməkçi tapa bilmir - FOTOLAR

«Zirə» yeni baş məşqçisi Zaur Həşimovun rəhbərliyi altında ilk məşqə çıxıb. Hazırlıq prosesi «Bakı»nın Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasında keçirilib.

Sportinfo.az-ın məlumatına görə, gənc çalışdırıcı hələlik özünə yeni köməkçilər tapmayıb. O, bir neçə nəfərlə danışıqlar aparsa da, razılıq əldə edə bilməyib. Odur ki, hazırlığın ilk günü işini tək görüb.

Samir Abasovdan sonra yardımçılarından Seymur Rəhimovla Vəfadar Quliyev də düşərgəni tərk edib. Qalan bir Anar Niftəliyevdir – qapıçılar üzrə məşqçi. O da 2015-ci ilin martından - Adil Şükürovun vaxtiından klubdadır.

Digər Xəbərlər
Xəbər Lenti