Zaur Həşimov fəxri prezidentin qarşısında söz verdi - FOTOLAR

10 Oktyabr 2019 16:40 Zirə 1 030
Zaur Həşimov fəxri prezidentin qarşısında söz verdi - FOTOLAR

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu təqdim edib.

Sportinfo.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, klub rəsmisi Həşimovun daha əvvəl də "Zirə"də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək. mütəxəssisə inamını ifadə edib.

O, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq, onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.

Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

Digər Xəbərlər
Xəbər Lenti