"Zirə" niyə Həşimovu seçdi? - Təyinatın detalları

9 Oktyabr 2019 22:00 Zirə 1 001
"Zirə" niyə Həşimovu seçdi? - Təyinatın detalları

"Zirə"nin baş məşqçi kimi Zaur Həşimovu seçməsinin detalları məlum olub.

Sportinfo.az-a daxil olan məlumata görə, Aftandil Hacıyev, Adil Şükürov və Ramin Quliyev variantlarını da götür-qoy edən qəsəbə təmsilçisi sonda Həşimovun üzərində dayanıb. 38 yaşlı mütəxəssisin Pro kateqoriyasının olması, "Qəbələ"də təcrübə toplaması, ən əsası isə U-16 yığmamıza gedənə qədər "Zirə"də Ayxan Abbasovun köməkçisi işləməsi və komandanı yaxından tanıması bu təyinatın reallaşmasına təkan verib.

Aftandil Hacıyevin "Zirə"yə keçidinə Tamerlan Abdullayev mane olub. "Səbail"in rəhbəri baş məşqçidən ən azı qışa qədər komandada qalmasını istəyib. Hacıyev də öz növbəsində onu bu komandaya gətirən Abdullayevi yarı yolda qoymaq istəməyib.

"Zirə" rəhbərliyi digər namizəd Adil Şükürovla da görüşüb. 2015-ci ilin aprelindən 2016-ın dekabrına kimi komandanı çalışdıran məşqçinin təyinatını isə futbolçular istəməyib. Bundan başqa, ötən yay "Şüvəlan"ın fəaliyyətini dayandırmasından sonra "Zirə" rəhbərliyi Şükürova yenidən akademiyaya qayıtmağı təklif etsə də, "yox" cavabı alıb. Qərar verilərkən, bu amil də nəzərə alınıb.

"Zirə" rəhbərliyinin Ramin Quliyev variantından imtinasının səbəbi isə onun premyer liqa təcrübəsinin az olması ilə bağlıdır. Məlumat üçün deyək ki, Quliyev yalnız 2017-2018 mövsümündə "Qəbələ"də Roman Qriqorçukun köməkçisi işləyib. Daha sornra U-17 yığmamıza baş məşqçi təyin olunan gənc mütəxəssis ötən ilin qışından işsizdir.

Qeyd edək ki, Zaur Həşimovun "Zirə"yə baş məşqçi təyin olunması xəbərini ilk dəfə Sportinfo.az saytı yazıb.

Digər Xəbərlər
Xəbər Lenti