"Zirə"nin legioneri: "Azərbaycan dilində bir neçə sadə söz bilirəm"

9 Oktyabr 2019 14:56 Zirə 490
"Zirə"nin legioneri: "Azərbaycan dilində bir neçə sadə söz bilirəm"

“Zirə”nin perulu müdafiəçisi Alvaro Ampuero ölkəsinin mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, perulu futbolçu komandasının çempionatda çıxışını dəyərləndirib:

"Düzü, burada gördüklərimdən təəccübləndim. Azərbaycan çempionatı yüksək səviyyədədir, yaxşı futbolçuların sayı az deyil. Ölkə çempionatında yüksək yer tutan komandalar Çempionlar Liqası və Avropa Liqasına yollanır. Bu da çox yaxşı tramplindir. Mövsümün əvvəlində Türkiyədə yoxlama oyunları keçiririk. Bu da özünü göstərmək üçün yaxşıdır. “Zirə”nin növbəti mövsüm Avropa Liqasına yollanmaq üçün yaxşı şansı var. “Qarabağ”ı çıxmaq şərtilə digər komandalar eyni səviyyədədir”.

Ampuero ölkəmizdəki yaşayışı haqda da fikrini bildirib. O, Bakıya yeni-yeni öyrəşdiyini deyib:

"İki aydır ki, Azərbaycandayam və hələ təzə-təzə öyrəşirəm. Dillə bağlı böyük maneə var. Yəqin ki, heç vaxt Azərbaycan dilində öyrənə bilməyəcəm. Komandamızın tərcüməçisi bizə çox kömək olur. Azərbaycan dilində bir neçə sadə söz bilirəm. O da marketə gedəndə mənə kömək olur. Azərbaycan dili rus dili kimi çətindir. Qısaca, ingilis dili mənə bəs edir. Yeməklər də Cənubi Amerika yeməklərindən fərqlənir. Amma yerli yeməklərlə bağlı çətinliyim yoxdur".

Sonda isə o, Peru millisinə qayıtmaq şanslarını dəyərləndirib: “Milliyə qayıtmaq? Bu haqda düşünmürəm. Öncə “Zirə”də əsas heyətdə yerimi möhkəmləndirməliyəm. Daha sonra Limadan zəng gözləmək olar. Federasiyadakı insanlarla danışığım olmuşdu. Amma Bakıya gələndən sonra söhbət etməmişik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı