Samir Abasov "Zirə"dən istefaya göndərildi - SON DƏQİQƏ

8 Oktyabr 2019 15:58 Zirə 1 162
Samir Abasov "Zirə"dən istefaya göndərildi - SON DƏQİQƏ

Samir Abasov "Zirə"nin baş məşqçi postundan istefaya göndərilib. Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, bu gün klub rəhbərliyi ilə məşqçi arasında görüş keçirilib.

Görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, bu cari mövsümdə artıq 3-cü məşqçi istefasıdır. Buna qədər "Qəbələ" Sənan Qurbanovla, "Sabah" isə Elşad Əhmədovla yolları ayırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!