“Zirə”də 9 nəfərdən biridir ki...

8 Oktyabr 2019 00:42 Zirə 628
“Zirə”də 9 nəfərdən biridir ki...

Tellur Mütəllimov “Zirə”də yubiley oyununu keçirib.

Sportinfo.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının 7-ci turunun ev qarşılaşması (1:1) 24 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 60-cı oyunu olub.

Tellur 54 dəfə çempionat, 6 dəfə kubok matçında meydana çıxıb. Bu qarşılaşmalarda 3 qola sevinən futbolçu bütün toplarını Premyer Liqada vurub.

2015/16 mövsümündə 17 (15 çempionat, 2 kubok), 2017/18 mövsümündə 11 (hamısı çempionat), 2018/19 mövsümündə 28 (çempionatda 24, kubokda 4) şans qazanan Mütəllimov cari çempionatda 4 matçın iştirakçısı olub.

Yarımmüdafiəçi “Zirə”nin tarixində ən çox oyun keçirən futbolçular siyahısında 9-cu pillədə yer alıb. İlk “onluq”da bu oyunçular qərarlaşıblar: Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86), Yovan Krneta (81), Təmkin Xəlilzadə (78), Vüsal İsgəndərli (68), Sadiq Quliyev (67), Tellur Mütəllimov (60), Aleksandr Şemonayev (57).

Digər Xəbərlər
Xəbər Lenti