Samir Abasov postundan getsə...

7 Oktyabr 2019 22:40 Zirə 1 130
Samir Abasov postundan getsə...

Komandanın dünən "Qəbələ" ilə görüşdə qələbə qazana bilməməsi və Premyer Liqanın ilk dövrəsini 8 xalla turnir cədvəlinin 5-ci pilləsində başa vurması "Zirə" rəhbərliyini yenidən hərəkətə gətirib.

Sportinfo.az-ın məlumatına görə, bununla bağlı bu gün klubdaxili məsləhətləşmə aparılıb. Klubun fəxri prezidenti Orxan Məmmədov Samir Abasovun fəaliyyətindən növbəti dəfə narazılıq edib.

O, baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsinə dair göstəriş verib. Siyahi bir həftə ərzində ona təqdim olunmalıdır.

Maraqlıdır ki, Orxan Məmmədov Samir Abasovu əvəzləyəcək mütəxəssislərin yalnız yerlilər arasındsan seçilməsini tapşırıb. Başqa sözlə, fəxri prezident sükan arxasına əcnəbi gətirilməsinin birmənalı olaraq əleyhinədir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!