"Öz səhvlərimizdən qollar buraxırıq" - SONİ NORDE

6 Oktyabr 2019 22:01 Zirə 458
"Öz səhvlərimizdən qollar buraxırıq" - SONİ NORDE

"Zirə"nin haitili hücumçusu Soni Norde Sportinfo.az saytına müsahibə verib.

- - Bu gün "Qəbələ" ilə heç-heçə etdiniz. 1 xal qazandınız, ya 2 xal itirdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. İstədiyimiz nəticəni əldə edə bilmədik. Birinci hissədə qol vurmaq üçün çalışsaq da, bunu bacarmadıq. Fasilədən sonra rəqib daha yaxşı müdafiə olunurdu. Bizdə də bir qədər tələskənlik yarandı ki, ilk qolu vuraq. Əksinə hesabı "Qəbələ" açdı. Tez hesabı bərabərləşdirsək də, 2-ci qolu vura bilmədik. Pis oynamadıq, sadəcə istədiyimiz nəticəni əldə edə bilmədik.

- Sanki "Qəbələ"nin qol vurmağını gözləyirdiniz, dərhal hesabı-bərabərləşdirdiz. Amma buna qədər şanslardan istifadə edi bilmirdiz.

- İkinci hissədə komandamızda bir qədər tələskənlik var idi. Buna görə də müəyyən səhvlərə yol verirdik. Nəticədə, ilk qolu "Qəbələ" vurdu. Məşqçimiz taktiki gedişlərdə müəyyən dəyişiklik etdi, hesabı bərabərləşdirsək də, qələbə qolunu vura bilmədik. Məncə, ümumilikdə, yaxşı oynadıq. Sadəcə nəticə istənilən kimi olmadı.

- Artıq ilk dövrə geridə qaldı. "Zirə"nin turnir cədvəlindəki yeri komandanızın real potensialının göstəricisidir?

- Komandada olan futbolçuların ustalıq səviyyəsini nəzərə alsaq, biz daha çox irəliləyə bilərik. Uduzduğumuz və ya istədiyimiz nəticəni əldə etmədiyimiz oyunlarda özümüz bu situasiyaya gətirib çıxarmışıq, Öz səhvlərimizdən qollar buraxırıq. "Qarabağ"la oyunda sırf öz səhvlərimizə görə rəqib komanda bizi cəzalandırdı. Bu oyunda da yanlışlığa yol verdik. İkinci dövrədə çalışmalıyıq ki, əvvəlki səhvləri təkrarlamayaq. Məncə, 2-ci dpvrəni 3-cü və ya 4-cü yerdə tamamlaya bilərik.

- Komandaya yeni transfer, hücumçu Riçard Qadze cəlb olunacaq, o, artıq Bakıdadır. Qadzenin gəlməsi sizin əsas heyətdə yerinizi itirməyinizə səbəb olmayacaq ki?

- Son qərarı məşqçi verəcək. Məşqlərdə əlimdən gələni edirəm ki, komandaya kömək edə bilim. Qadzeyə gəlincə, o, yaxşı hücumçudur. Ümid edirəm ki, onun da köməyi ilə düşdüyümüz vəziyyətdən çıxa biləcəyik. Mütləq bu durumdan çıxmalıyıq. Əsas heyətlə bağlı son qərar təbii ki, baş məşqçi tərəfindən verilir.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"