"Hansı yolla olur-olsun, bu işin öhdəsindən gəlməliyik" - MÜSAHİBƏ

6 Oktyabr 2019 21:16 Zirə 409
"Hansı yolla olur-olsun, bu işin öhdəsindən gəlməliyik"  - MÜSAHİBƏ

"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov "Qəbələ" ilə matçdan (1:1) sonra Sportinfo.az-ın sullarını cavablandırıb. "Zirə"ni oyuna kapitan sarğısı ilə çıxaran futbolçu əvvəlcə oyun haqqında fikirlərini bildirib: \

- Bilirdik ki, çətin oyun olacaq. Bizə 3 xal lazım idi. Ancaq 1 xal qazana bildik. İmkanları dəyərləndirə bilmədik. Artıq qarşıdakı oyunlara baxmalıyıq. Artlq heç nəyi geri qaytarmaq olmaz.

- Zəifləmiş "Qəbələ"yə qarşı doğma meydanda 1 xalı çətinliklə qazandız...

- Çempionatın əvvəlindəki "Qəbələ" ilə indiki arasında çox fərq var. Daha yaxşı, aqressiv futbol oynayırlar. Evdə oynadığımıza görə, 3 xal qazanmalı idik. Ancaq bacarmadıq.

- Səncə, "Zirə" nə vaxt stabil oyun göstərməyə başlayacaq?

- Biz də fərqinə varırıq ki, qeyri-sabit oynayırıq. Bir-iki oyun belə sonra başqa cür. Məşqlərdə maksimum gücümüzlə işləyirik. İnanıram ki, bunu tez bir zamanda yoluna qoyacağıq.

- İlk dövrə başa çatdı və liderdən xeyli geri qalırsız. "Zirə" bu mövsüm hansı məqsədlər uğrunda mübarizə aparacaq?

- Mövsümün əvvəlindən məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olub. Hansı yolla olur-olsun, bu işin öhdəsindən gəlməliyik. Bunun üçün bir yerə "vurmalıyıq". Birinci dövrədə istədiyimiz xalları yığa bilmədik.

- Məqsəd aydındır - avrokuboklara getmək istəyirsiniz. Bəs komandanın potensialı buna imkan verir?

- Komandamızda olan futbolçulara baxsaz, hər birinin yaxşı karyerası olub. İstər millidə, istərsə də gənclər yığmasında çıxış etmiş oyunçular var. Arı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulardı. Başa düşürük ki. daha da oyunumuzu təkmilləşdirmək lazımdır. Amma bunun üçün zamana ehtiyacımız var. Bu, bəhanə deyil. Çünki yeni yığılmış komandadır. Bunu da fikirləşmək lazımdır.

- "Zirə"nin daha yaxşı, sabit çıxış etməsi üçün nə qədər vaxt lazımdır?

- Bunun üçün hər hansı təminat vermək çətindir. Düzdür, kağız üzərində bəzən bizi favorit kimi göstərirlər. Amma futbolda hər şey mümkündür. Məncə, ardıcıl 1-2 oyun qələbə qazansaq, uğurlu seriya davam edər. Belədə futbolçularda özünə inam yaranır, oyununu daha da təkmillləşdirir.

- Rəqibin heyətində 33 yaşlı Asif Məmmədov dayanmadan 90 dəqiqə işlədi. Demək olar yaşıdsınız. Sən necə, öz oynundan razısan?

- Mən heç gənc yaşımda da özüm haqqında nəsə deməmişəm. Bunu kənardan baxanlar bilər və əlbəttə, baş məşqçimiz var, o hər şeyi görür. Cavan deyləm ki, daha yaxşı oyun göstərim və digər klublara keçim. Sadəcə "Zirə"yə istəyirəm köməyim dəysin. Heyətdəki bütün futbolçular istəyir ki, komanda ümün nəsə etsinlər. Bu, baş məşqçiyə veriləcək sualdır.

Digər Xəbərlər
Xəbər Lenti