Samir Abasov: "Gücümüz, bacarığımız çatmadı"

6 Oktyabr 2019 20:28 Zirə 529
Samir Abasov: "Gücümüz, bacarığımız çatmadı"

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ"ylə evdə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, Abasov əvvəlcə oyun haqqında fikirlərini bildirib:

- Yaxşı olardı ki, qələbə qazanaq, 3 xa əldə edək. Təəssüf ki, bu cür həyəcanlı matçda 1 xal qazandıq. Adətən bu cür oyuların aqibəti belə olur. Bir qol buraxdıqdan sonra çətin vəziyyətə düşürsən. Hesabı tez bərabərləşdirsək də, rəqibin həddən çox qapanmağı bizə müdafiəni yarmağa mane oldu. Gücümüz, bacarığımız çatmadı. İlk dövrəni 10 xalla başa vurmaq istəyiridk. Buna nail ola bilmədik. Bu da çox üzücüdür. Xoş olan odur ki, rəqiblər turnir cədvəlində çox da uzaqlaşmayıblar. Ancaq bundan sonra oyunlar daha çətin olacaq.

- Kapitan Cavid Hüseynovun əsas heyətdən kənarda qalması nəylə bağlı idi?

- Bizdə 21 yaş limitində oynayan 2 futbolçu var. Sadəcə, Rafel Məhərrəmlinin hərarəti vardı. Gözləyirdik ki, bəlkə düzələr. Ancaq meydana çıxması mümkün olmadı. Buna görə taktiki dəyişiklər etməyə məcbur olduq və Cavidi yalnız ikinci hissədə meydana buraxdıq.

- Mfo Kqasvane hələ də tam sağalmayıb?

- O, millisinin heyətində Malavi ilə oyunda əzələsini qırmışdı. Bundan sonra 4 həftə müalicə olundu. Mfo 2-3 gündür ki, komandayla məşqlərə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti