"Menecerimə inanıb, "Zirə"yə qayıtmışam" - RİÇARD QADZE

6 Oktyabr 2019 15:45 Zirə 712
"Menecerimə inanıb, "Zirə"yə qayıtmışam" - RİÇARD QADZE

"Zirə" ilə birbaşa müqavilə bağlamaq üçün Bakıya gəlmişəm. Əlimdən gələni edəcəm ki, komandaya ikinci qayıdışım da uğurlu olsun".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yeni transfer Riçard Qadze deyib. Hazırda Bakıda olan qanalı futbolçunun qəsəbə təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olacaq. Yenidən ölkəmizə qayıdışının səbəblərini açıqlayan forvard son klubu "Voluntari"də əcnəbilərə qarşı münasibətin yaxşı olmamasının qərarına təsir etdiyini söyləyib:

"Zirə"dəki ilk çıxışım yaxşı alınmışdı. Burada gözəl günlərim olub. Başqa təkliflərim də var idi. Amma menecerimə inanıb, qayıtmışam.

"Voluntari"də legionerlərə münasibət, daxili ab-hava yaxşı deyildi. Ora getdiyim ilk gündən mənə münasibət xoş deyildi. Buna görə Rumıniya klubunda heç bir legioner özünü yaxşı tərəfdən göstərə bilmir".

Qadze "Zirə"dəki hədəflərinə də toxunub: "Komandanın çempionatda keçirdiyi son oyunları izləmişəm. "Zirə"nin avrokuboklara vəsiqə qazanması üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Qadze 2017-2018 mövsümündə də "Zirə"nin formasını geyinib.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu