"Zirə"də iclas: Rəhbərlikdən Samir Abasova irad

5 Oktyabr 2019 18:44 Zirə 568
"Zirə"də iclas: Rəhbərlikdən Samir Abasova irad

Sabah Premyer Liqada ilk dövrəyə yekun vurulacaq. 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Zirə" öz meydanında "Qəbələ"ni qəbul edəcək.

Sportinfo.az-ın məlumatına görə, "Zirə" rəhbərliyi oyunqabağı toplantı keçirib. İclasda komandanın ilk 6 həftədəki çıxışı müzakirə olunub, Samir Abasova ciddi iradlar bildirilib.

Baş məşqçinin diqqətinə çatdırılıb ki, qarşısına avrokuboklara vəsiqə vəzifəsi qoyulan kollektivin 3 məğlubiyyətlə üzləşməsi çox pis haldır və bu, uzun müddət davam edə bilməz.

Klubun fəxri prezidenti Orxan Məmmədov xüsusən ötən tur "Keşlə"yə 0:2 hesablı məğlubiyyətin üzərində dayanıb və yaradılan şəraitiə rəğmən, Abasovun ümidləri doğrultmadığını qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!