Qadze Azərbaycana qayıdır - TƏSDİQLƏNDİ

3 Oktyabr 2019 13:30 Zirə 892
Qadze Azərbaycana qayıdır - TƏSDİQLƏNDİ

"Zirə" sabiq hücumçusu Riçard Qadze ilə danışıq aparıldığını təsdiqləyib.

Klubun baş meneceri Elman Himayətoğlu Sportinfo.az-a açıqlamasında artıq qanalı futbolçu ilə böyük ölçüdə anlaşdıqlarını bildirib:

"Qadze ilə danışıqlar davam edir. Demək olar ki, razılığa gəlmişik. Sadəcə, xırda detallar qalıb. Onları da yoluna qoya bilsək, yaxın 1-2 gündə müqavilə imzalanacaq. Sözləşmənin müddəti ya mövsümün sonuna kimi, ya da 1+1 illik olıacaq".

Qadze 2017-2018-ci illərdə "Zirə"nin formasını geyinib. Afrikalı forvard "qartallar"ın heyətində keçirdiyi 35 qarşılaşmada 10 qol vurub. Son 2 ili Rumıniyada keçirən 25 yaşlı futbolçu "Voluntari"də 28 oyunda 6 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"