"Zirə"də etiraz: futbolçu Samir Abasova qarşı çıxdı

30 Sentyabr 2019 14:58 Zirə 1 126
"Zirə"də etiraz: futbolçu Samir Abasova qarşı çıxdı

Dünən "Keşlə"yə uduzan "Zirə"nin düşərgəsində gərgin anlar yaşanıb.

Sportinfo.az-ın məlumatına görə, İlkin Muradovun ehtiyatda qalmasından şikayətlənməsi Samir Abasovu özündən çıxarıb.

Baş məşqçi onun seçiminə etirazını bildirən yarımmüdafiəçinin ünvanına çox sərt sözlər işlədib, onu komandadan uzaqlaşdıracağıyla hədələyib. Abasovu köməkçiləri çətinliklə sakitləşdirib.

Muradov cari mövsüm cəmi 2 dəfə şans qazanıb. İlk turda "Səbail"ə qarşı 90 dəqiqə forma geyinib. "Neftçi" ilə görüşdə isə son 5 dəqiqəni meydanda keçirib. "Qarabağ"la qarşılaşmada adı, ümumiyyətlə, iştirak ərizəsinə daxil edilməyib. Qalan oyunları isə dünənki kimi ehtiyat skamyadan izləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti