"Məmnuniyyətlə "Zirə" üçün mahnı yazardım" - MÜSAHİBƏ

28 Sentyabr 2019 13:42 Zirə 637
"Məmnuniyyətlə "Zirə" üçün mahnı yazardım" - MÜSAHİBƏ

"Zirə"nin tərcüməçisi Nicat Şıxəliyev Sportinfo.az-a müsahibə verib:

- Müğənniliyə nə vaxtdan başlamısız? Musiqi təhsiliniz var?
- Mən müğənni deyiləm. Sadəcə musiqiçi ailəsində doğulmuşam, atam 40 ildən çoxdur ki, bu sənətdədir. O, qarmon ifaçısıdır. Gərgin məşqlərdən, oyunlardan sonra özüm üçün oxuyaraq istirahət edirəm.

- Artıq bir neçə klipin də var. Bu sənəti davam etdirmək fikiriniz var?
- Dediyim kimi müğənni deyiləm. Hər bir insanın öz hobbisi var. Bu sadəcə boş vaxtlarımdan səmərli istifadə etməklə bağlıdır. Təhsilimi artırmaq üçün müxtəlif dillərdə kitablar da oxuyuram. Boş vaxtlarımda isə ya “pleysteşın” oynayıram, ya da musiqi ilə məşğul oluram.

- "Zirə" rəhbərliyi musiqiyə olan marağınıza qarşı çıxmayıb? Çox vaxt bu, birmənalı qarşılanmır. Ümumiyyətlə, el şənliklərinə, toylara getməyinizə icazə verirlər?
- Bu sadəcə hobbidi və bunun işlə hər hansı bağlılığı yoxdur. Önəmli olan "Zirə"dəki işimi axsatmamağımdır. Müğənni olmayan adam toylar aparmaz. Mən də müğınni deyiləm. Təəssüf ki, bunun bağlı xəbər yazılanda məndən heç nə soruşmadız.

- “Zirə” üçün marş yazmağı planlaşdırmırsız?

- Mən bəstəkar deyiləm. Elə istedadım olsaydı, məmuniyyətlə “Zirə” üçün mahnı yazardım.

- Futbolçular necə, oxuduğun mahnıları, ifanı bəyənirlər?
- Oxuduğum mahnılardan bəzilərini sosial şəbəkələrdə yerləşdirirəm. Komanda üzvləri də həmin mahnıları dinləyirlər. Bu günə qədər kimsə bəyənmədiyini deməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti