PFL “Zirə”yə xəbərdarlıq etdi - Stadiondakı problem hansı fəsadlar yarada bilər?

26 Sentyabr 2019 15:36 Zirə 1 031
PFL “Zirə”yə xəbərdarlıq etdi - Stadiondakı problem hansı fəsadlar yarada bilər?

“Bəli, bu problem müşahidə olunduqdan sonra kluba rəsmi məktub göndərilib. Məktubda analoji çətinliyin olduğu və bunun hansı fəsadlar yarada biləcəyi qeyd olunub.

Bu sözləri Sportinfo.az saytına açıqlamasında PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov deyib.

Qurum nümayəndəsi Zirə İdman Kompleksindəki stadionun projektorlarında yaranan nasazlıqla bağlı danışarkən problemin faciəvi olmadığını deyib:

“Klub məsələni anlayışla qarşılayıb və bununla bağlı işlərə başlayıb. Vəziyyəti nəzarətdə saxlayırıq. İşıqlandırma var, elə də faciəvi problem deyil. Sadəcə, bəzi məqamlarda çətinlik olur, o da aradan qaldırılacaq”.

Stadionun işıqlandırılmasında problem var idi, lakin bu, Premyer Liqanın 5-ci turunun “Zirə” – “Qarabağ” matçında daha qabarıq şəkildə özünü göstərdi. Arena klubun balansında olmadığı, eyni zamanda lazım olan texniki avadanlıqların xaricdən gətiriləcəyi üçün çatışmazlıqları aradan qaldırmaq zaman alacaq.

Zirə İdman Kompleksinin əsası Heydər Əliyev fondu tərəfindən 2011-ci ilin oktyabrında qoyulub, 2012-ci ilin aprel ayında tam təhvil verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti