"Zirə"yə yeni prezidentin təyinatıyla bağlı - AÇIQLAMA

25 Sentyabr 2019 17:48 Zirə 866
"Zirə"yə yeni prezidentin təyinatıyla bağlı -  AÇIQLAMA

"Klubumuza yeni prezidentin nə vaxt təyin olunacağı bilinmir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.

Bakıətrafı qəsəbə təmsilçisi 2 aydan artıqdır ki, prezidentsiz fəaliyyət göstərir. Natiq İsmayılovun gözlənilməz istefasından sonra vakant posta bir çox şəxslərin adı hallanıb.

Klubda baş menecer vəzifəsini icra edən Elman Himayətoğlundan tutmuş, ta mili komandaların sabiq rəisi İslam Abbasov və "Şüvəlan"ın eks vitse-prezidenti Fikrət Hüseynova kimi.

E.Abdullazadəni dinləyək: "Hələlik bu posta rəsmi və qeyri-rəsmi şəkildə heç kimin adı hallanmır. Hətta Elman Himayətoğlunun da.

Fikrət Hüseynovun gözlənilən təyinatıyla bağlı mətbuatda yayılan xəbərlərə gəlincə, mən bunu dəqiqləşdirməyə çalışacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti