"Çempionluq mübarizəsi haqda nəsə demək olmaz" - MÜSAHİBƏ

25 Sentyabr 2019 20:15 Zirə 1 118
"Çempionluq mübarizəsi haqda nəsə demək olmaz" - MÜSAHİBƏ

“Zirə”nin futbolçusu Elvin Camalov Sportinfo.az saytına müsahibə verib:

- Premyer Liqanın 5-ci turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduz. Məğlubiyyəti necə izah edərdin?
- Komanda şəklində oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, xal ala bilmədik. İstəməzdik ki, belə olsun.

- İlk yarıda rəqib 3 cavabsız qol vurdu. Bunun səbəbi “Qarabağ”ın adından çəkinməyinizlə bağlı deyildi ki?
- İkinci hissədə yaxşı çıxış etsək də, buraxılan qollardan yalnız birinin əvəzini çıxa bildik. Halbuki fasilədən sonra qol imkanlarımız var idi. İstifadə edə bilsəydik, “Qarabağ”la bərabərə qalardıq.

- Birinci hissədə zəif oynamağınızın səbəbi nə idi?
- İlk yarıda komanda şəklində yaxşı oynamadıq. Bunun nəticəsində qapımızda üç qol gördük. Sonradan geridönüş etmək istəsək də, alınmadı. Artıq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- "Zirə” cari mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır. Bəzi futbolçularınız hətta ölkə kubokunu qazanmaq istədiyinizi də bildirir.
- Təbii ki, iddiamız davam edir. Çempionat yeni başlayıb. Qarşıda çox oyunlar var. Bunlardan biri də gələn tur “Keşlə”yə qarşıdır. Oyuna ciddi hazırlaşırıq. Mövsümün sonunda üst pillələrdə olmaq istəyirik.

- "Qarabağ” 5 oyuna maksimum xal toplayıb. Necə fikirləşirsən, hansısa komanda onlara mane ola biləcək?
- İndi çempionluq mübarizəsi haqda nəsə demək olmaz. Gələcək turlarda hər şey bilinəcək. Bizi düşündürən öz komandamızdır. "Zirə" ilə yeni titullar, medallar qazanmaq istəyirik.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti