"Zirə" ev oyunlarını eyniadlı qəsəbədə yerləşən İdman Kompleksində keçirir. Adətən bu cür stadionlar heç kimin adını daşımır. Amma Zirədə arenanın yanında gördüyümüz lövhə marağımıza səbəb oldu. Şəhid Sahib Qulamhüseyn oğlu Hüseynov (1975-1994) adına stadion. Maraqlıdır ki, PFL-də, eləcə də klubun özündə də stadion bu adla tanınmır.
Sportinfo.az-a klubun mətbuat xidmətindən verilən açıqlamaya görə, hələ Zirə İdman Kompleksi tikilməmişdən qabaq onun yerində kiçik, torpaq stadion olub. Və həmin meydan Sahib Hüseynov adına imiş. Sonradan ərazidə böyük kompleks tikilib istifadəyə verildikdən sonra lövhəyə heç kim toxunmayb və o yerində qalıb.

