"Zirə" - "Qarabağ" oyununu (1:3) izləyənlər arasında AZAL və "Şüvəlan" klublarının sabiq vitse-prezidenti Fikrət Hüseynov da olub. Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri görüşü "Zirə" rəsmiləri ilə birgə VİP tribunadan seyr edib.
Artıq xeyli vaxtdır ki, Hüseyovun "Zirə" rəhbərliyində təmsil olunacağına dair xəbərlər yayılıb. O, ötən tur "Sumqayıt" - "Zirə" matçını da stadionda izləmişdi. Ancaq futbol funksioneri saytımıza açıqlamasında həmin vaxt sadəcə təsadüfən Sumqayıtdan keçdiyini və öz təşəbbüsü ilə stadiona getdiyini demişdi.
Əcəba, Hüseynovun indi yolu hara imiş? Pirallahıya? Və yolüstü Zirəyə baş çəkməyi qərara alıb.

