"Axmaq qollar buraxdıq" Beqoviçin "Zirə"dəki dostu

23 Sentyabr 2019 21:45 Zirə 546
"Axmaq qollar buraxdıq" Beqoviçin

Premyer Liqanın 5-ci turunun "Zirə" - "Qarabağ" görüşündən (1:3) sonra meydan sahiblərinin qapıçısı Boyan Zoqoviç jurnalistlərin suallarını cavablandırıb. Monteneqrolu qolkiperin brifinqində Sportinfo.az-ın da əməkdaşı iştirak edib.

- Nəticə "Zirə" adına heç də yaxşı olmadı. Amma nəzərə alaq ki, rəqib Avropa Liqasının qrupunda mübarizə aparan komanda idi. "Qarabağ" çox səviyyəli və güclü klubdur. Bu məğlubiyyəti unudub qarşıdakı oyunları düşünməliyik artıq. Bizi "Keşlə" və "Qəbələ" ilə də çox vacib matçlar gözləyir.

- Niyə fasilədən sonra göstərdiyiniz oyunu birinci hissədə nümayiş etdirə bilmədiz?

- Çox nəzərəçarpacaq məqam idi ki, 3 qolu demək olar, heç nədən buraxdıq. Yəqin ki, sabah baş məşqçimizlə birlikdə bu oyunu analiz edib harda səhvlər buraxdığımızı müəyyənləşdirəcəyik.

- Ola bilər ki, bu gün "Zirə" "Qarabağ"ın adından çəkinirdi?

- Futbol 11 nəfərlə oynanılan bir oyundur. Rəqibdən qorxduğumuzu düşünmürəm. Biz oyunumuzu göstərməyə çalışdıq.

- "Qarabağ" 5 oyuna maksimum nəticə qazanıb. Razısız ki, digər 7 klub yalnız ikincilik uğrunda mübarizə aparacaq?

- Bəli, mənə görə "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Düzdür, bu gün biz məğlub olduq. Ancaq komandamızın yaxşı, özünəməxsus oyun üslubu olduğunu düşünürəm. "Neftçi" və №Sabah"a qarşı layiqli mübarizə aparmışıq. Bunu qarşıdakı görüşlərdə də göstərəcəyik. Fikrimcə, digər 7 klubun səviyyəsi hardasa bərabərdir.

- "Zirə"nin heyətində 2 oyun keçirmisiz, hər iki görüşdə komandanız məğlub olub...

- (Gülür), bəli, bundan xəbərim var. Amma bu haqda nə deyəcəyimi bilmirəm.

- Bu gün meydanda sizə rəqib olan həmkarınız Asmir Beqoviç haqda nə deyə bilərsiz?

- Beqoviç mənim yaxşı münasibətim olan insanlardan biridir, çox yaxşı qapıçıdır. İngiltərə Premyer Liqası görmüş, orada uzun müddət oynayıb. Özü də Azərbaycanı sevir. Sabah bugünkü oyun barədə müzakirələr edəcəyik (gülür).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti