Orxan Məmmədov mötəbər şəxslərlə bir araya gəldi - FOTOLAR

17 Noyabr 2024 01:00 Zirə 833
Orxan Məmmədov mötəbər şəxslərlə bir araya gəldi - FOTOLAR

Məlum olduğu kimi, bu gün “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində xarici futbol klublarının da iştirakı ilə toplantı keçirlib.

Sportinfo.az xəbər verir ki, toplantının yekununa əsasən, iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaradılb.

“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda 11 klub - “Qarabağ”’(Azərbaycan), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) yer alıb.

Toplantıda iştirak edən fəxri qonaqlar arasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov da olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM