COP29

Futbolumuzun yeni “Kərbəlayi İsmayıl”ı Rəşad Sadıqov haqda VİDEO

8 İyun 17:00 Zirə 3 639
Futbolumuzun yeni “Kərbəlayi İsmayıl”ı Rəşad Sadıqov haqda VİDEO

Çempionatı ikinci sırada bitirən “Zirə” tarixinin ən uğurlu mövsümlərindən birini keçirdi.

10 illiyini qeyd edən klubun yubiley hədiyyəsi gümüş medallar oldu.

Əlbəttə, kuboku qazansaydılar, bu, daha əla hədiyyə olardı.

Amma mövsüm bitsə də, il hələ başa çatmayıb. Bəlkə də bu yay avrokuboklarda “Zirə” ən uğurlu marafonunu keçirəcək.

Rəşad Sadıqov ötən mövsümün yekunlarına görə tənqid olundu. Klub rəhbərliyi isə jest edərək, baş məşqçiyə daha bir mövsüm şans verdi.

Sadıqov bu dəfə sınaqdan uğurla çıxdı. “Zirə” 14-cü tura qədər Premyer Liqaya liderlik etdi.

Amma “Qarabağ”la ayaqlaşmağa sonadək gücləri çatmadı. 36 tura 22 qol buraxan komanda bu göstəricidə bütün rəqiblərindən yaxşı oldu.

Vurduqları 33 qol isə yalnız “Qəbələ” və “Araz Naxçıvan”dan coxdur. Əksəriyyət “Zirə”nin nəticəyə hesablanmış, 1:0-lar üzərində qurulan praqmatik futbolunu bəyənmir.

Tarixdə qalan isə nəticədir. Rəşad Sadıqov da bu nəticəni qazandı. 42 yaşlı məşqçi mövsümboyu həm də hakimliklə bağlı narazıqları ilə

diqqət çəkdi. Eynən Kərbəlayi smayıl məsəli. Rəşad Sadıqov gördü ki, susduqca komandasına qarşı səhvlərin sayı artır, ondan sonra az qala hər tur hakimliklə bağlı tənqidi fikirlər səsləndirirdi.

Hakimlərin həqiqətən “Zirə”yə qarşı kobud səhvləri oldu. Amma bu tip səhvlərlə digər komandalar da qarşılaşdı.

Tək “Zirə” deyildi. Sadəcə, Rəşad Sadıqovun fikrincə, “Zirə”yə qarşı hamıdan cox və ən əsası, məqsədli, qərəzli şəkildə səhvlər edilirdi.

“Zirə” üçün gərgin və həyacanlı mövsüm geridə qaldı.

Həm kubok, həm də çempionatda yalınız “Qarabağ”dan geri qaldıqlarıını nəzərə alsaq, uğurlu mövsümə görə Rəşad Sadıqov və futbolçularını təbrik etmək olar.

Görək, “Zirə” Avroliqada özünü necə göstərəcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti