"Onlar belə gündə futbolçulara və mənə mənəvi dəstək oldular" - Rəşad Sadıqov

25 Fevral 18:50 Zirə 537
"Onlar belə gündə futbolçulara və mənə mənəvi dəstək oldular" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi olaraq dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzmkarlıq göstərdilər. İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir.

- Hakimlikdən razı qaldınız?

- Mən razıyam və ya razı deyiləm, bu cür düşüncəm yoxdur. Əsas odur ki, hər iki komanda meydandan çıxanda hakimlikdən razı qalsın. Hər dəfə alınmır.

- Bu gün vurulan üç qolun oyunçulara psixoloji təsiri olacaq?

- Çempionatda qol vurmaq çətindir. Azərbaycan futbolunda ən çox 0:0, 1:0 qeydə alınan nəticələrin şahidiyik. Hər komanda ehtiyatlı oynayır, qol vurmaq çətin olur. 10 oyuna 1 qol vurmuşduq. Amma arada 3 kritik kubok matçı keçirmişdik. O oyunlarda 7 qol vurmuşduq. Bu gün daha dəqiq oynadıq. Əvvəlki matçlardan fərqli olan bu idi. Sonda da nəticə qazandıq.

Digər Xəbərlər
Xəbər Lenti