
“Bakı gözəl şəhərdir və burada ucuzluqdur”.
Sportinfo.az xəbər verir ki, bunu “gsp.ro” saytına açıqlamasında “Zirə”nin futbolçusu Stefan Aka deyib.
Kot-d'İvuardan olan müdafiəçi Azərbaycanda işlərinin yolunda getdiyini bildirib:
“Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. “Zirə”nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik”.
Stefan Aka bu mövsüm Premyer Liqada 7 oyun keçirib.