“Zirə” Təmkin Xəlilzadə və İlkin Muradovu əfv etdi

4 Oktyabr 2022 16:50 Zirə 719
“Zirə” Təmkin Xəlilzadə və İlkin Muradovu əfv etdi

"Zirə"də əvəzedici heyətə göndərilən Təmkin Xəlilzadə və İlkin Muradov əfv edilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarımmüdafiəçi yenidən əsas komandaya qaytarılıb.

Xəlilzadə və Muradov ayyarım öncə transferə çıxarılmışdı. Onlar məşqlərini əvəzedici heyətdə davam etdirir və I Divizionda meydana çıxırdılar.

Xəbər Lenti