
Məlum olduğu kimi, “Zirə” iki futbolçusunu transferə çıxarıb.
Transferə çıxarılanlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur.
Adıçəkilən oyunçular bu müddətdə əvəzedici komandada olacaqlar.
Klubun mətbuat xidməti baş məşqçi Rəşad Sadıqovun bu gözlənilməz qərarınının səbəblərini açıqlamayıb.
Redaksiyamıza daxil olan informasiyaya görə, sərt tədbirə səbəb Təmkinlə İlkinin Premyer Liqanın ilk 2 turunda potensiallarından qat-qat zəif təsir bağışlaması, məşqçilər korpusunun dəfələrlə etdiyi xəbərdarlığa rəğmən, bundan nəticə çıxarmamasıdır.
“Sabah”la qarşılaşma (1:3) səbr kasasını daşırıb.
SPORTİNFO.AZ