"Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq

7 Avqust 2024 01:30 Zirə 1 581
"Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq

"Zirə" Xorvatiyada "Osiyek"ə qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, qəsəbə klubunun futbolçusu Salifu Suma sözügedən matçda iştirak edə bilməyəcək.

Buna 21 yaşlı hücumçunun cəzasının davam etməsi səbəb olub.

Bakıda Moldovanın "Şerif" kollektivinə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan forvard üç oyunluq diskvalifikasiya edilmişdi.

O, Konfrans Liqasında Slovakiyanın “DAK 1904” komandasına qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb.

Avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda