Braziliyalı Azərbaycan klubuna sevinc gətirdi - VİDEO

9 Avqust 2024 09:20 Zirə 1 632
Braziliyalı Azərbaycan klubuna sevinc gətirdi - VİDEO

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyda "Osiyek" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə yekunlaşıb.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub.

Rafael Utziq penaltidən dəqiq zərbə ilə bərabərliyi təmin edib.

Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?