“Zirə”yə üstünlük verdi, sosial şəbəkədə bu sözləri yazdı

27 May 2021 13:20 Zirə 1 110
“Zirə”yə üstünlük verdi, sosial şəbəkədə bu sözləri yazdı

“Zirə”nin yeni transferi Mehdi Cənnətov sosial şəbəkə vasitəsilə sabiq komandası “Sumqayıt”la vidalaşıb.

Sportinfo.az xəbər verir ki, millinin qapıçısı “gənclik şəhəri” təmsilçisində uğurlu illər keçirdiyini yazıb.

29 yaşlı kipper onlara təşəkkürünü bildirib: “Sumqayıt” rəhbərliyinə, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür edirəm.

Bu il çox yaxşı işlər gördük, uğurlu nəticələr qazandıq. Təşəkkür edirəm və yeni mövsümdə uğurlar diləyirəm”.

Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt”ın formasını geyinib. Daha əvvəl “Anji” və “Baltika”da da çıxış edən “qartallar”la 2 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!