Rəşad Sadıqov: "Çempionatı kənara qoyub, kubok matçını düşünməyə məcburuq"

27 Aprel 2021 14:20 Zirə 1 362
Rəşad Sadıqov: "Çempionatı kənara qoyub, kubok matçını düşünməyə məcburuq"

"Qarşıda bizi vacib görüş gözləyir.

Rəqib son çempionat matçında qələbə qazanıb, çox potensiallı, yaxşı heyətləri, kubok qazanmaqda təcrübəli baş məşqçisi var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Aprelin 29-da keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 20:00-da başlayacaq. 39 yaşlı mütəxəssis bildirib ki, ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq rəqib sonadək mübarizə aparacaq:

"Premyer Liqa matçından 3 gün sonra yenidən oyuna çıxmalıyıq. Hazırda bütün fikrimiz kubok görüşündədir.

Həm avrokuboklara vəsiqə, həm də komandanın tarixi baxımından önəmli oyun olacaq. Çempionatı kənara qoyub, kubok matçını düşünməyə məcburuq".

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol