”Məndən fikrimi soruşdular, “Barselona”nı seçdim, bu, ürəyimin səsi idi” - Səmimi etiraf

18 Avqust 2023 01:30 İspaniya 942
”Məndən fikrimi soruşdular, “Barselona”nı seçdim, bu, ürəyimin səsi idi” - Səmimi etiraf

“Mançester Yunayted”in və “Barselona”nın keçmiş futbolçusu Jerar Pike 21 yaşında “Yuventus”a keçə bilərmiş.

Sportinfo.az xəbər verir ki, sabiq müdafiəçi “Yuventus”dan ona təklif gəldiyini, lakin rədd etdiyini bildirib:

“21 yaşım var idi, hələ də “Mançester Yunayted”də idim və “Yuventus”dan məndən fikrimi soruşdular. Amma mən “Barselona”nı seçdim, bu, ürəyimin səsi idi.

Təəssüf ki, mən heç vaxt A Seriyasında oynamamışam. İtalyanlar ispanlara bənzəyir, xüsusən də, futbola olan həvəsləri”.

36 yaşlı Pike karyerasını 2023-cü il yanvarın 1-də, “Barselona”da başa vurub. O, 616 oyun keçirib və bu matçlarda 53 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti