“Barselona”nın cari mövsüm üçün kapitanlar qrupu müəyyənləşib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik komandanın ilk iki kapitanını şəxsən müəyyənləşdirib.
Rafinya Dias birinci, Pedri isə ikinci kapitan olacaq.
Digər üç kapitanı isə futbolçular səsvermə yolu ilə seçiblər. Erik Qarsiya üçüncü, Frenki de Yonq dördüncü, 19 yaşlı Lamin Yamal isə beşinci kapitan olub.
Flik daha əvvəl De Yonqu kapitanlar siyahısından çıxarmışdı. Ancaq niderlandlı yarımmüdafiəçi yenidən kapitan sarğısını taxmaq hüququ əldə edib. Hazırda onun zədəli olduğu bildirilir.
“Barselona” La Liqanın 4-cü turunda sabah səfərdə “Valensiya” ilə qarşılaşacaq. Kataloniya təmsilçisi Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.
