COP29

“Həqiqəti mənə desəydilər, bura gəlməzdim” - QALMAQALLI AÇIQLAMA!

5 Noyabr 01:40 Türkiyə 470
“Həqiqəti mənə desəydilər, bura gəlməzdim” - QALMAQALLI AÇIQLAMA!

“Fənərbaxça” rəhbərliyini qınayıram.

Mənə həqiqətin yarısını dedilər”.

Sportinfo.az xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ötən gün “Trabzonspor”la keçirilən oyundan sonra deyib.

O, rəhbərliklə bağlı sərt fikirlər səsləndirib:

“Rəhbərliyi qınayıram. Gördüyüm reallıqlar daha pis idi.

Hər şeyi izah etsəydilər, bura gəlməzdim. Futbolçularımla birlikdə həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq.

İşimlə və klubumla maraqlanıram. Əslində ictimaiyyət buna əhəmiyyət verməlidir.

Siz türklər baş verənləri ifadə etməlisiniz. Danışsam, ağzım bağlanacaq və sistem mənə hücum edəcək”.

Təcrübəli mütəxəssis, həmçinin hakim qərarları ilə bağlı da iradlarını bildirib:

“Trabzonspor”la matçın adamı Atilla Karaoğlan oldu. Onu meydanda görmədik, amma matçın baş hakimi idi.

Onu nə VAR hakimi olaraq, nə də meydanda görmək istəyirik”.

"Trabzonspor” - “Fənərbaxça” matçı qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti