Türkiyənin məşhur klubu baş məşqçisi ilə vidalaşdı

14 Aprel 2024 00:20 Türkiyə 1 110
Türkiyənin məşhur klubu baş məşqçisi ilə vidalaşdı

"Beşiktaş" baş məşqçisi Fernandu Santuş ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

"Beşiktaş" bu gün Superliqanın XXXII turunda "Samsunspor"la heç-heçə edib - 1:1. Komanda hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...