“Qalatasaray” onlara dedi ki, klub axtarsınlar – PUL YOXDUR

4 Avqust 2021 10:20 Türkiyə 1 209
“Qalatasaray” onlara dedi ki, klub axtarsınlar – PUL YOXDUR

“Qalatasaray” Radamel Falkao və Sofyan Fequli ilə yolları ayırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas məlumat verib.

O, maliyyə vəziyyətlərinin yaxşı olmadığını deyib:

“Mən hər iki futbolçu ilə görüşdüm. Onlar bizə çox kömək ediblər. Amma hazırda maliyyə durumumuz elədir ki, onlara yüksək məvacib ödəyə bilmirik.

Ona görə də, onlardan xahiş etdik ki, özlərinə başqa klub axtarsınlar. Ümid edirəm ki, bunu edəcəklər. Biz xoş münasibətlər fonunda ayrılmaq istəyirik.

Bu, rəhbərliyin qərarıdır. Ola bilsin ki, baş məşqçinin bununla bağlı mövqeyi fərqli olsun”.

Digər Xəbərlər
Xəbər Lenti