“Fənərbaxça" Məsut Özillə 3,5 illik müqavilə imzalayacaq - FOTO

18 Yanvar 2021 10:00 Türkiyə 1 131
“Fənərbaxça" Məsut Özillə 3,5 illik müqavilə imzalayacaq - FOTO

“Fənərbaxça”nın yeni transferi Məsut Özil Türkiyəyə gəlib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı ulduz yeni komandasının rəhbərliyinin göndərdiyi şəxsi təyyarə ilə bir qədər əvvəl İstanbul Hava Limanına enib.

“Arsenal”da komanda yoldaşları ilə vidalaşan Almaniya millisinin sabiq üzvü Londondan İstanbula həyat yoldaşı və qızı ilə birlikdə gəlib.

Onun “sarı-lacivərdlilər”lə 3,5 illik müqavilə imzalaması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti