ACF Kuboku düzənlənəcək, 83 klub mübarizə aparacaq - FOTO

05:00 Cüdo 72
ACF Kuboku düzənlənəcək, 83 klub mübarizə aparacaq - FOTO

25–26 oktyabr tarixlərində U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Sportinfo.azAzərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur.

Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.

Medial

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!