Azərbaycanlı futbolçu 7 klubun maraq dairəsindədir - ADLAR

3 İyun 2024 16:40 Araz-Naxçıvan 7 603
Azərbaycanlı futbolçu 7 klubun maraq dairəsindədir - ADLAR

“Araz-Naxçıvan”ın heyətində əla mövsüm keçirən Abdulla Rzayevə böyük maraq var.

22 yaşlı müdafiəçi müqavilə ilə “Sabah”a məxsusdur.

Baş məşqçi Krunoslav Renduliç U-21-in üzvünün sərəncamında olmasını istəyir. Lakin onun mövqeyində milli üzvü Amin Seydiyev olduğundan, mütəmadi şans qazanması çətin görünür.

Daim meydanda olmağı arzulayan Rzayev daha çox oynayacağı komandada olmaq istəyir. Təkliflər kifayət qədərdir. “Sabah” rəhbərliyi razılıq versə, seçim etmək məcburiyyətində qalacaq.

“Zirə”, “Sumqayıt”, “Səbail”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı” – bu klubların hər biri Abdullanı rənglərinə bağlamaq istəyir.

Son sözü Renduliç və “Sabah”ın rəhbər şəxsləri deyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti