"Həqiqətən çox utanıram" - ETİRAFA CƏSARƏTİ ÇATDI

9 Mart 2020 20:00 Sumqayıt 1 262
"Həqiqətən çox utanıram" - ETİRAFA CƏSARƏTİ ÇATDI

"Gözlənilməz və utancverici məğlubiyyət oldu. Həqiqətən bir futbolçu kimi bu məğlubiyyətdən çox utanıram.

İki gün əvvəldən Qəbələyə getmişdik. Hər şey qaydasında idi. Sanki həmin gün bizim günümüz deyildi. Heç nə alınmadı"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın hücumçusu Amil Yunanov deyib

"Qəbələ"yə böyük hesablı məğlubiyyətdə Mehdi Cənnətov və Elvin Bədəlovun daha çox günahlandırılmasını Yunanov qəbul etməyib:

"Futbol komanda oyunudur. 5-0 uduzmuşuqsa, burda Mehdi, Elvin yox bütün komanda günahkardı.

Hamımızın bu məğlubiyyətdə payı var. Mövsüm ərzində belə şeylər olur. Sınmaq olmaz. Çalışıb qarşıdakı oyunlarda bu məğlubiyyəti unutdurmalıyıq"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"