
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev özünə yeni avtomobil alıb.
Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar"ın rəhbəri bu maşina 130 min manat ödəyib.
Bu pul onda haradandır? Əlbəttə ki, klubdan qazanmayıb. "Sumqayıt"da bir elə pul yoxdur. Riad bəy bir avtomobilə 130 min verəcək qədər vəsaiti menecerlik fəaliyyətindən əldə edib.
Ramil Şeydayev, Yevgeni Koçuk, Emin Mahmudov kimi bir çox futbolçulara agentlik edən Rəfiyevə yeni maşın Nikola Yurçeviçdən yadigardır.
Belə ki, millimizə AVRO-2020-nin seçmə mərhələsində cəmi 1 xal qazandıra bilən baş məşqçinin müqaviləsindən ona çatan faizi alan "menecer-prezident" dərhal özünü avtosalona verib.