Ayxan Abbasov: "Biinci oyunda buraxdığımız 4 top bizi məyus etmişdi"

18 Yanvar 2020 19:03 Sumqayıt 524
Ayxan Abbasov: "Biinci oyunda buraxdığımız 4 top bizi məyus etmişdi"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika” (İaşi) klubuna qarşı keçirdikləri yoxlama oyununu (1:1) şərh edib. Sportinfo.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib:

"Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu.

Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı yerinə yetirdilər. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti