Premyer Liqa klubu yeni transferindən PİS XƏBƏR aldı

21:00 Sumqayıt 206
Premyer Liqa klubu yeni transferindən PİS XƏBƏR aldı

"Sumqayıt" yenidən qapıçı axtarışına çıxıb.

Buna səbəb yayda transfer olunan Jeymes Almeydanın zədəsinin ağır olmasıdır.

Daha əvvəl məlumat vermişdik ki, kiper Qəbələ təlim-məşq toplanışının ilk sınaq matçında sıradan çıxmışdı.

Həkimlərin ilkin rəyində onun 2 aya yaşıl meydanlara qayıdacağı qeyd olunmuşdu.

Amma bir neçə gün əvvəl təkrar müayinə zamanı vəziyyətin daha ağır olduğu üzə çıxıb.

Hətta 25 yaşlı əlcək sahibi hətta mövsümü başlamadan bitirə bilər.

Belədə çarəsiz vəziyyətə düşən "kimyaçılar" yeni qapıçı axtarmağa qərar verib.

Rəsmilər düşünür ki, yalnız gənc Xəyal Fərzullayevin ümidinə qalmaq kifayət qədər riskli olar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti