"Sumqayıt" braziliyalı ilə anlaşdı - 2 illik müqavilə

5 Avqust 14:20 Sumqayıt 418
"Sumqayıt" braziliyalı ilə anlaşdı - 2 illik müqavilə

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, komanda son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu “55” nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti