Çoxumuzun adını eşitmədiyi ölkənin millisinin hücumçusu Azərbaycanda - SON DƏQİQƏ

14:00 Sumqayıt 420
Çoxumuzun adını eşitmədiyi ölkənin millisinin hücumçusu Azərbaycanda - SON DƏQİQƏ

"Sumqayıt" düşərgəsinə yeni legioner cəlb edib.

Yaxınlarda Filipe Kandidonu sükan arxasına əyləşdirmiş "kimyaçılar" onun istəyi ilə Quinsi Hovu ölkəmitzə gətirib.

O. hücumçudur və 23 yaşı var. əslən niderlandlı olsa da, Bonayr yığmasının formasını geyinir.

Quinsi bəlkə də bir çoxumuzun adını ilk dəfə eşitdiyi ölkənin millisinə 2022-ci ildən dəvət alır.

KONKAKAF zonasında mübarizə aparan komandaya ötən müddətdə 8 dəfə çağırılıb və 2 qol vurub. Yeniyetməlik çağlarını

«Atlétiko Tera Korá», «Sparta Rotterdam», «Jil Visente» və «Volendam»da keçirmiş forvard 3 il öncə peşəkar karyera qurub. «Volendam» və «Sparta»nın əsas komandasında meydana çıxıb.

"Gənclik şəhəri" təmsilçisi bu yay transfer bazarında hələlik fəal deyil.

Yenilərin siyahısı yalnız Ceyms Almeyda ilə məhdudlaşır. “Pasuş Fereyra”dan (Portuqaliya) dəvət olunan braziliyalı qapıçıyla 2 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti