“Əsas komandanın da hazırda işi çoxdur, mane olmaq olmaz”

17 İyul 23:40 Sumqayıt 804
“Əsas komandanın da hazırda işi çoxdur, mane olmaq olmaz”

“Bəli, onunla ilkin tanışlıq olub, amma geniş fikir mübadiləsi aparılmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt” Futbol Akademiyasının yeni direktoru Adil Şükürov deyib.

O bildirib ki, əsas komandanın baş məşqçi postuna gətirilən Filipe Kandido ilə artıq görüşüb:

“Əsas komandanın da hazırda işi çoxdur. Mane olmaq olmaz. Lakin lazım olduqca müzakirələr aparılacaq.

Hər cür köməyi göstərməyə hazırıq. Klub rəhbərliyi ilk gündən bildirib ki, hədəfimiz əsas komandada yetirmələrimizə maksimum şans verməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi