“Sumqayıt”ın yeni baş məşqçisi Filipe Kandido oldu.
Sumqayıt təmsilçisi portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzaladı.
Əslində isə «kimyaçılar»ı onun həmyerlisi çalışdırmalı idi. Jorj Kaşkilya ilə danışıqlar aparılması, hətta tərəflər arasında ilkin anlaşmanın əldə olunması bizə məlumdur.
Sonra nə baş verdi ki, hərə bir istiqamətə üz tutdu?
Məlumata görə, ötən mövsüm «İmişli»nin sükanı arxasında dayanmış portuqaliyalı iş şərtlərinə və səlahiyyət bölgüsünə görə kənarda qalıb.
Belə ki, o, bütün transfer bazarlığının öz tərəfindən həyata keçirilməsini istəyib. Rəhbərliyin bu məsələdə söz sahibi olmasına qarşı çıxıb.
Üstəlik, düşərgəni tərk edəcək futbolçuların siyahısının tutulması barədə təkbaşına qərar vermək niyyətində olub.
46 yaşlı Filipe Kandidoтгт son klubu 2025-ci ildə çalışdırdığı “Pakos de Ferreyra” (Portuqaliya) olub.
Yeni iş yerində Saşa İliçi əvəzləyən Filipe Kandido üzərinə böyük məsuliyyət götürüb. O. avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda formalaşdıracağını vəd edib.
Razılaşmaya əsasən, ”kimyaçılar” qitə arenasına vəsiqə qazanarsa, müqavilə daha 1+1 il müddətinə uzadılacaq.
SPORTİNFO.AZ

