Sabiq “Sumqayıt”lı Anqoladan Portuqaliyaya qayıtdı

14 İyul 08:30 Sumqayıt 834
Sabiq “Sumqayıt”lı Anqoladan Portuqaliyaya qayıtdı

“Sumqayıt”ın sabiq legioneri Pedro Pinto yenidən komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mərkəz müdafiəçisi ölkəsinə qayıdıb.

“Sumqayıt”da ayrıldıqdan sonra bu ilin ilk yarısını Anqolanın “Petro Luanda” klubunda keçirən 31 yaşlı oyunçu Portuqaliyanın Liqa 2 təmsilçisi “Feyrense” ilə müqavilə imzalayıb.

Pedro Pinto 2025-2026 mövsümünün ilk yarısında “Sumqayıt”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM