“Şerif”in eks hücumçusunu təklif etdilər - İstəyirsən, al, istəyrsən, icarəyə götür

13 İyul 15:00 Sumqayıt 1 203
“Şerif”in eks hücumçusunu təklif etdilər - İstəyirsən, al, istəyrsən, icarəyə götür

““Sumqayıt”ın bu ilin fevralında sıralarına qatdığı Sedrik Badolo yeni mövsümə “Şəfa“da başlaya bilər.

“Kimyaçılar“ adıçəkilən hücumçunu satmağa, ən pis halda icarəyə verməyə hazırdır.

“Gənclik şəhəri“ təmsilçisi Burkina Faso millisinin üzvünün xidmətini qarşı tərəfə təklif edib.

Azərbaycana gələnədək Trnava “Spartak”ında (Çexiya) çıxış etmiş afrikalı 5 ay qabaq “Sumqayıt”la 6 ay +1 il şərtiylə anlaşmaya imza atıb.

26 yaşlı Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı, vətənində “Salitas”, Moldovada“Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib.

O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama