“Az adam bilir ki, “Sabah”ın rəhbərliyi onlara böyük sərmayə yatırır”

13:20 Sumqayıt 215
“Az adam bilir ki, “Sabah”ın rəhbərliyi onlara böyük sərmayə yatırır”

“Tobol”un mərkəz müdafiəçisi Ryan Senhadji “Sabah”da çıxış edən qazaxıstanlı qapıçı Stas Pokatilovun Azərbaycandakı uğurlarından danışıb.

Sportinfo.az xəbər verir ki, bu yay “Sumqayıt”ı “Tobol”a dəyişən 29 yaşlı əlcəzairli Qazaxıstan mətbuatına açıqlamasında Pokatilovun “Sabah”ın ölkə çempionluğunda böyük rol oynadığını deyib:

“Əgər Pokatilova belə ciddi klub etimad göstəribsə, deməli, buna layiqdir. Az adam bilir ki, “Sabah”ın rəhbərliyi kadrların inkişafına, infrastruktura və azarkeşlərlə münasibətlərə böyük sərmayə yatırır.

Onların Azərbaycanda çox güclü nüfuzu və xüsusi aurası var. Məncə, Stas və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Azərbaycanda çıxış edən ən güclü iki qapıçıdır”.

33 yaşlı Stas Pokatilovun formasını geyindiyi “Sabah” geridə qalan mövsüm həm Misli Premyer Liqasının, həm də Azərbaycan Kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti